Covid-19 ilə əlaqədar dünyada baş verən son hadisələr

Dünyada koronavirusa (Covid-19) yoluxanların sayı 420 mindən çox olduğu halda, virus nəticəsində ölənlərin sayı 18 mini keçib. Müalicədən sonra sağalmış insanların sayı 107 min nəfər olub. SİA-nın xarici KİV-lərə istinadən əldə etdiyi məlumatlara əsasən Covid-19 ilə əlaqədar dünyada son baş verənlər bunlardır:

Filippindəki kommunist partizanlarından gələn koronavirus səbəbiylə atəşkəs qərarı

Filippindəki kommunist partizanları BMT baş katibi Antonio Guterresin koronavirusun yayılması zamanı dünyada silahlı qarşıdurmaları dayandırmaq çağırışına cavab olaraq atəşkəs rejimini tətbiq edəcəklərini açıqlayıblar. Filippin Kommunist Partiyasından verilən açıqlamada, Yeni Xalq Ordusunun partizanlarına hücumların dayandırılması və sabahdan aprelin 15-dək müdafiə mövqelərinə getmələri tapşırılıb.

Cənubi Koreyadan ABŞ-a Koronavirus yardımı

Cənubi Koreya ABŞ prezidenti Donald Trampın kömək istəyinə müsbət cavab verərək ölkəyə tibbi test materialları verəcəyini bildirib. Dünyada koronavirusa qarşı ən sərt tədbirlər görən Cənubi Koreya, çərşənbə gününə olan məlumata görə, ölkədə 9 min 138 nəfərin yoluxduğu və ümumi itkinin 126 nəfər olduğunu açıqlayıb. Bu günə qədər ölkə daxilində 358 min insan test edilib.

İranda Covid-19 diaqnostik dəstinin istehsalına başlanılıb

İranda bir şirkət koronavirus diaqnostik dəsti istehsalına başladığını açıqlayıb. İran mediasına danışan bir tibb şirkətinin meneceri, şirkət daxilində istehsal olunan Covid-19 real vaxt PCR diaqnostik dəstlərinin Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndiyini açıqlayıb. Eyni səlahiyyətli, dəstlərin keyfiyyətə nəzarət testlərindən keçməsindən sonra kütləvi istehsalın başladığını bildirib. İran Səhiyyə Nazirliyi 24 Mart tarixinə ölkədə Covid-19 səbəbilə ölüm sayının 1934 nəfərə qədər artdığını, yoluxma hallarının sayının 24 min 811 nəfər olduğunu açıqlayıb.

İsraildə koronavirusda ölənlərin sayı 4 nəfərə yüksəlib

İsraildə Covid-19 səbəbiylə ölənlərin sayı 4 nəfərə yüksəlib. Səhiyyə Nazirliyi ölkədə aşkarlanan Covid-19 yoluxma hallarının sayının 930 nəfərə çatdığını açıqlayıb.

ABŞ iqtisadiyyatına 2 trilyon dollarlıq təşviq paketi

Amerika Birləşmiş Ştatları Konqresində, hər iki tərəfin nümayəndələri, koronavirusun təsiri altında iqtisadiyyatı dəstəkləmək üçün 2 trilyon dollarlıq bir tədbir və təşviq paketi ilə razılaşıblar.
Tərəflər arasında danışıqlar və fikir ayrılıqları günlərdir davam edirdi.

ABŞ-da Covid-19 səbəbindən işsizlik artır

ABŞ-da, koronavirusun yayılması səbəbindən işsizlik müavinətlərində ciddi artım müşahidə edilib. Sıxlıq səbəbindən bəzi əyalətlərdə tətbiqetmə mərkəzlərinin veb saytları çöküb, bəzi ştatlarda işsizlik agentlikləri telefonları kilidlənib. Amerika mediasında yayılan bəzi məlumatlara görə, mütəxəssislər ABŞ-da yalnız son bir həftə ərzində 1.5 milyon yeni işsizlik müraciəti edildiyini təxmin edirlər.

Kolumbiyada ümumi karantin tətbiqinə başlanılıb

Latın Amerikası ölkəsi olan Kolumbiyada ümumi karantin tətbiqetməsi başlayıb, burada 3 nəfər koronavirus epidemiyası səbəbiylə ölüb və 378 nəfərdə virus aşkarlanıb.

Yeni Zelandiyada yoluxmaların sayı 205 nəfərə yüksəlib

Yeni Zelandiya Baş naziri Jasinda Ardern, Covid-19 hadisələrinin sayının 205 nəfərə yüksəldiyi ölkədə epidemiya ilə mübarizə üçün təcili vəziyyət elan edildiyini açıqlayıb

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...