Karantinə məhəl qoymayan London sakinləri metroya endilər

Karantinə məhəl qoymayan London sakinləri metroya endilər

London sakinləri martın 23-də koronavirus pandemiyası səbəbiylə ölkədə karantin tətbiq olunduğunu elan edən İngiltərənin Baş naziri Boris Consonun açıqlamasına məhəl qoymayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli media, “The Sun” məlumat yayıb.

Məlumata görə, metroda hazırda əsl izdiham var. Videogörüntülərdə çox sayda insanın metro maşınlarına necə girdiyi, qatarın hər kəsi birdən ala bilmədiyi və bəzilərinin başqa bir qatarın gəlişini gözləməli olduğu göstərilir.

Daha əvvəl məlum olub ki, ölkə vətəndaşlarına yalnız bir neçə səbəbdən evlərini cəmi bircə dəfə tərk etməyə icazə verilib. Bu səbəblər kimi, vacib mallar almaq, tibbi ehtiyaclar və iş görüşməsi daxildir. Eyni zamanda, İngiltərədə zəruri mal satanlardan başqa bütün mağazalar bağlanıb. İki nəfərdən çox şəxsə də bir yerdə olmaq qadağası qoyulub.

Xatırladaq ki, ən azı üç həftə bundan qabaq ölkədə karantin rejimi tətbiq olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə