Filippində 5,7 bal gücündə zəlzələ olub

Filippində 5,7 bal gücündə zəlzələ olub

Filippinin şərqi hissəsində 5,7 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) məlumat yayıb.

Yerli vaxtla səhər saat 5:19 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Leyte əyalətinin Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə, ocağı 13 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə