İnsanlar bu şəhəri tərk etdilər - FOTO

Suriyanın Bab Əl-Hava sərhəd keçid-məntəqəsindən təxminən 20 kilometr uzaqlıqda yerləşən Əl Atarib şəhəri Əsəd rejim və Rusiyanın hücumlarından sonra tərk edilmiş şəhərə çevrilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhər sakinləri baş verən hücumlardan canlarını qurtarmaq üçün təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıblar.


Qeyd edək ki, düşən bombalar hər tərəfdə böyük çuxurlar açıb, yaşayış evləri və iş yerləri xarabalığa dönüb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə