Suriyalı Koordinator tərəfindən dərc olunan hesabatda Bəşər Əsəd rejiminin qüvvələri və Rusiyanın İdlibə qarşı hücumlarında 64-ü uşaq olmaqla 188 mülki vətəndaşın həyatını itirdiyi qeyd edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, həyatını itirənlər arasında Mülki Müdafiənin iki işçisi və bir tibb işçisi olduğu bildirilir.
Qeyd edək ki, ötən ay 28 məktəb, 7 çadır şəhərciyi, 11 səhiyyə ocağı, 9 bazar, 2 elektrik stansiyası, 4 çörək zavodu və s. rejim qüvvələri tərəfindən hədəfə alınıb.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB