Sarkisyanın işi məhkəməyə göndərildi

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adının hallandığı dövlət vəsatinin mənimsənilməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. SİA bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

“Sarkisyan iddiası üzrə ittiham aktı prokuror tərəfindən təsdiqlənib. İş məhkəməyə göndərilib"-deyə, o bildirib.

Dekabr ayında Sarkisyana külli miqdarda vəsait mənimsəmə üzrə ittiham irəli sürülüb. Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin sabiq prezidentini dövlətdən 1 milyard dollardan çox pul oğurlamaqda ittiham edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə