AŞPA Rusiyanın səlahiyyətini şübhə altına alır

Avropa Şurası Parlament Assambleyasının deputatları Rusiya nümayəndə heyətinin etimadnamələrini şübhə altına alıblar və xüsusi bir komitə bu mövzuda hesabat hazırlayacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, iclasda Litva parlamentinin deputatı Emanuelis Zingeris deyib ki, həmkarları adından Rusiya nümayəndə heyətinin etimadnaməsini şübhə altına almaq istəyir.

Bu təklifin beş milli nümayəndə heyətindən ən azı 30 deputat tərəfindən dəstəkləndiyi qeyd olunur. İndi məsələ hesabat tərtib etməli olan monitorinq komissiyasına göndəriləcək.

Bununla yanaşı, bazar ertəsi günü Ukrayna nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətləri bərpa edilib.

Assambleyada Kiyevin tam hüquqlu işə qayıtması barədə Parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Həmrəyliyi fraksiyasının deputatı Aleksey Qonçarenko bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə