Türkiyədə 23 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın Türk mətbuatına istinadən verdiyi xəbərə görə, yol qəzası Kayseri vilayətində qeydə alınıb.
Qeyd edək ki, Vandan Kayseri istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb.
Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB