Suriyadan köç edənlərin sayı 215 minə çatıb

Suriyadan köç edənlərin sayı 215 minə çatıb

Suriyada Bəşər Əsəd rejim qüvvələri və Rusiyanın İdlib Gərginlik Azaldılması bölgəsinə son iki gündə edilən hücumlar nəticəsində 10 mindən çox mülki vətəndaşın didərgin düşdüyünü bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İdlib Gərginlik Azaldılması Bölgəsində Əsəd ordusu və İranın dəstəklədiyi xarici terror qruplaşmalarından didərgin düşmüş şəxslərlə bağlı araşdırma aparan Suriyaya Müdaxilə Koordinasiya müdiri Muhammed Hallaj-ın verdiyi məlumata görə, Rusiyanın hücumları səbəbiylə son iki gündə ən az 10 min mülki vətəndaş Türkiyə sərhədi yaxınlarına köç ediblər. Vurğulayaq ki, noyabr ayının əvvəlindən bu günə qədər köç edənlərin sayı 215 minə çatıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə