Moldova Prezidenti ikinci müddətə bu vəzifəyə namizədliyini irəli sürəcəyini istisna etməyib

Moldova Prezidenti ikinci müddətə bu vəzifəyə namizədliyini irəli sürəcəyini istisna etməyib

Moldova Prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

SİA xəbər verir ki, İ.Dodon yerli telekanala açıqlamasında bu məsələyə toxunub.

“Növbəti dəfə prezident seçkilərində iştirakla bağlı yekun qərar haqqında danışmaq tezdir. Ancaq seçkilərdə iştirakım istisna deyil”, - deyə İ.Dodon əlavə edib.

Qeyd edək ki, İ.Dodon 2016-cı ilin dekabrın 23-dən Moldovanın prezidentidir.

Bütün xəbərlər Facebook səhifəmizdə