Çinin Siçuan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib

Çinin Siçuan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib

Çinin Siçuan vilayətində yerli vaxtla səhər 6:42-də 5,4 bal gücündə zəlzələ baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, ikisi ağır olmaqla 29 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Yeraltı təkanlar ən azı 17 evin dağılmasına, 215 evin isə zədələnməsinə səbəb olub.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə