Keniyada sel nəticəsində 6 turist və bir bələdçi həlak olub

Keniyada sel nəticəsində 6 turist və bir bələdçi həlak olub

Keniyanın cənubundakı milli parkların birində suyun səviyyəsinin qəfildən qalxması nəticəsində 6 turist və bir bələdçini sel aparıb.

SİA xəbər verir ki, bu barədə "France Presse" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

İnsident "Cəhənnəm darvazası" parkında baş verib. Ölənlərdən birinin cəsədi artıq tapılıb, digər 6 nəfər isə itkin düşmüş hesab olunur. Gecə saatlarına qədər aparılan axtarış işləri səhər saatlarınadək təxirə salınıb. Bildirilir ki, 7 nəfərin hamısı Keniya vətəndaşlarıdır. Turistlər Afrikanın şərqindəki hind cəmiyyətinə mənsubdurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə