ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. SİA xəbər verir ki, görüş Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı çərçivəsində baş tutub.
İkitərəfli görüşdən öncə V.Putin və D.Tramp arasında dialoq olub.
Bir saat 20 dəqiqə davam edən görüşdə prezidentlərin əsasən İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə etdikləri bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB