Artıq ikinci həftədir ki, Fransada “sarı jiletlilər” aksiyası iştirakçılarının sayında rekord sayda azalma gedir.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bütün ölkə üzrə bu həftəki yürüşlərə 18,6 min nəfər çıxıb. Onlardan 1,2 mini Parisin payına düşür.
Qeyd edək ki, bu, “sarı jiletlilər”in 26-cı şənbə etirazıdır. Parisdən başqa, bu şənbə etirazlar başqa şəhərlərdə - Lion, Nant və Monpelyedə baş tutub.
Daxili İşlər orqanlarının məlumatına görə, ötən həftəki etirazlarda 18,9 min nəfər iştirak edib ki, onlardan da 1,4 mini Parisin payına düşüb.
Əlavə edək ki, Fransada “sarı jiletlilər”in etiraz aksiyası 17 noyabr 2018-ci il tarixindən start götürüb. Onların əsas tələbi hökumətin istilik enerjisi və benzin üzrə vergiləri artırmağa çalışmasıdır. Fransa hökumətinin sosial siyasətindən narazı olan “sarı jiletlilər” həmin tarixdən etibarən etirazlarını davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB