Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunu martın sonunadək uzadıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.
O, sözügedən qərarın səbəblərindən biri kimi Yəməndəki vəziyyəti göstərib: "Məhdudiyyət əvvəlki kimi həm yeni imzalanacaq, həm də artıq imzalanmış müqavilələrə şamil olunur".
Xatırladaq ki, Almaniya Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra martın 9-dək bu ölkəyə silah ixracının dayandırılması haqqında qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB