Rusiyalı ekspert: "Məqsəd Türkiyəni dayandırmaqdır"

Rusiyalı ekspert: "Məqsəd Türkiyəni dayandırmaqdır"

ABŞ olmadan İngiltərə, Fransa və Avstraliya 500 km-lik Türkiyə-Suriya sərhədində heç bir gücü dayandıra bilməz. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Yevseyevdeyib. O bildirib ki, ABŞ öz öhdəliklərini müttəfiqlərinə yükləməyə çalışır: "ABŞ-ın Liviyadakı müttəfiqləri təkbaşına Müəmmər Qəzzafini belə devirə bilməmişdi. Əgər həqiqətən ABŞ anidən Suriyadan getsə, koalisiya da orada qalmayacaq".

Ekspert bildirib ki, Qərb ölkələrindən ibarət koalisiyanın yaradılacağı yönündə səsləndirilən iddialar Türkiyəni dayandırmaq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə