Bu ölkədə seçki qanunvericiliyi 47 dəfə pozulub

Bu ölkədə seçki qanunvericiliyi 47 dəfə pozulub

Ukraynada prezident seçkiləri ilə bağlı seçki kampaniyası başlayandan bəri seçki qanunvericiliyinin pozuntusu ilə bağlı 47 fakt qeydə alınıb. Bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, seçki qanunvericiliyinin tələblərinin pozulması əsasən təbliğat-təşviqat materiallarının hazırlanması və yayılması ilə bağlıdır. Qeydə alınan bu faktlarla bağlı materiallar toplanaraq məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə