Ermənistan İrana qarşı casus əməllərini gizlətməyə çalışır

Ermənistan İrana qarşı casus əməllərini gizlətməyə çalışır

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi əslən erməni olan 55 yaşlı Amerika vətəndaşı Hal Talayan Ermənistanı tərk etmədiyini bildirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, MTN-nin mətbuat xidmətinin rəhbəri Arçvin Baqramyan deyir ki, bu barədə yayılan xəbərlər heç bir həqiqəti özündə əks etdirmir: "Bu vətəndaş nə Ermənistana gəlməyib, nə də tərk etməyib".

 

Qeyd edək ki, əslən erməni olan 55 yaşlı Amerika vətəndaşı Hal Talayan İranın Ermənistanla sərhədində yerləşən Nəvərdus gömrük mətqəsində saxlanılıb. İranın xüsusi xidmət orqanları tərəfindən həbs olunan Hal Talayanın üzərindən, casusluqda istifdə olunan avadanlıqlar aşkar olunub. Məlumata görə, ABŞ-a casusluq etməkdə şübhəli bilinən Hal Talayan, bəzi təchizatları dişinin içində gizlədib.

 

Xatırladaq ki, İranda həbs olunduqdan sonra Ermənistana təhvil verilməməsini istəyən amerika vətəndaşı, əks təqdirdə Ermənistan təhlükəsizlik orqanları tərəfindən öldürüləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə