Əfqanıstanın paytaxtı Kabil şəhərində daha iki partlayış baş verib, atışma səsləri eşidilib. “Report” “ToloNews” telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin İctimai İşlər Nazirliyi binasının qarşısında qeydə alınıb.
Şahidlərin dediyinə görə, partlayış nəticəsində azı 5 nəfər ölüb. Bundan əvvəl həmin Nazirliyin qarşısında bir avtomobilin partladıldığı, sonra da bir qrup naməlum şəxsin ətrafa atəş açaraq içəri daxil olduqları, nəticədə dörd nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB