Türkiyə ordusu PKK-çıların gizləndiyi mağaranı bombardman edib

Türkiyə ordusu PKK-çıların gizləndiyi mağaranı bombardman edib

Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib. Axar.az xəbər verir ki, 1 km uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb. Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.

Qeyd edək ki, mağaranın yeri dünən müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu deyilirdi. Onların təslim olmayacağı halda mağaranın bombalanacağı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə