ABŞ-ın Maliyyə Nazirliyi İranın 4 bankına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb. SİA xəbər verir ki, bu barədə məlumatı “Middle East Bank”ın baş mütəxəssisi Fərzanə Rəcayi Səlmasi verib.
O bildirib ki, noyabrın 8-də ABŞ-ın Maliyyə Nazirliyi sanksiyalar siyahısındakı İran banklarını bir daha nəzərdən keçirib və “Middle East Bank” ilə yanaşı, “Hekmat Iranian”, “Qarz Al-Hasaneh Mehr Iran” və “Credit Institute for Development” banklarını sanksiyalardan azad edib.
Hazırda İranın bu bankları pul köçürmələr üçün beynəlxalq SWIFT sistemindən istifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB