BMT-yə alternativ olan təşkilat

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun başçılıq etdiyi yardım fondu Nyu-Yorkda bu gün illik toplantısında zəngin iş adamlarını və dünya liderlərini bir araya gətirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, toplantı Birləşmiş Millətlər Təşkilatının (BMT) toplantılarına alternativ olaraq göstərilir.

Bill Klinton dünyanın ən böyük problemlərinə yaradıcı həll üsulları tapmaq məqsədi ilə 2005-ci ildə yaratdığı "Clinton Qlobal Initiative" (CGI) təşkilatı hər ilin sentyabr ayında, yəni BMT-nin Baş Assambleyasının toplantıları ilə eyni vaxtda toplanır. Təşkilat problemlərə sürətli həll yolları tapması ilə BMT-ni kölgədə buraxır. Bill Klintonun 5 il əvvəl qurduğu təşkilat, BMT ilə eyni mövzuları masaya çıxardır, ancaq dünya liderlərini, alimləri və zəngin iş adamlarını bir araya gətirərək problemlərin daha sürətli həllini tapır. CGI ABŞ mətbuatında "BMT-nin kobud quruluşuna alternativ" olaraq göstərilir.

BMT pulları çölə atır

BMT qanunları əldə tutaraq əhəmiyyətli hadisələr üçün siyasi baxımdam çıxış rolu tapa biləcək bir təşkilat hesab edilsə də, CGI-nin daha hərəkətli və praktik olduğu deyilir. ABŞ-ın ən nüfuzlu saytlarından "Daily Beast" "BMT-nin köklü bir keçmişi, 120 min insan ordusu, 4,2 milyard dollarlıq büdcəsi var, amma eyni zamanda 40 min məmur heyəti, nümayəndələrə verilən bahalı və mənzərəli evləri və yüzlərlə ofisi var" şərhini edib.

İqtisadçılar da kasıblığa qarşı mübarizəyə ayrılan pulun BMT-də heyf edilməməsini söyləyir. CGI-in fəaliyyətində yardım layihələrini idarə edənlər, yardım istəyənlər və bunu verə biləcək gücdə olanlar bir araya gətirilir və qərarlar tezliklə qəbul edilir.

Məsələn Bred Pitt, Steven Binq və memar Bill Makdonouq burada bir araya gəldikdən bir neçə gün sonra Katrina qasırğası nəticəsində yerlə bir olan Nyu-Orleansda inşaat layihələrinin icrasına başlanıldı. "Virgin Records" və Atlantik Hava Yollarının sahibi Riçard Branson da qlobal istiləşməyə qarşı 3 milyard dollarlıq kömək etməyi burada qəbul etdi. Nyu-York bu gün başlayan toplantıda zirvədə isə məşhur oyunçu Eşton Kutçer, Sudan telekom nəhəngi Məhəmməd İbrahim və Dunya Bankının rəhbəri Ngozi İveala görüşəcək.

Beş ildə 57 milyard dollar hədiyyə yığdı

CGI 2005-ci ildə qurulduğu gündən indiyə kimi 57 milyard dollar dəyərində hədiyyəni nəzərdə tutan 1700 vəd ala bilib. 170 ölkədə tətbiq olunan layihələrdə 220 milyon insanın həyat şərtləri yaxşılaşdırılıb. UNICEF-lə də ortaqlığı olan CGI 2007-ci ildə İraq, Suriya, Kolumbiya və Çaddakı kimsəsiz uşaqlara məktəbəqədər təhsilin verilməsi və idman imkanlarının təmin edilməsi üçün "Nike" və "Microsoft" şirkətləri ilə işbirliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə