Şimali Afrika istiləri ilə “qovrulan” Türkiyə qırmızı həyəcana girib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkədə bu gündən başlayaraq havanın temperaturu qalxaraq 30 ilin rekordunu qıracaq.
Türkiyənin Meteorologiya İdarəsi açıqladığı məlumatda bildirib ki, Şimali Afrikadan gələn isti hava bu gündən etibarən daha da isinəcək. İstanbulda havanın temperaturu 40 dərəcəyə yüksələrək rekord həddə çatacaq. Məlumata görə, Şanlıurfada havanın temperaturu 45, Manisada 44, Diyarbəkirdə 43, Antalya, Balıkesir və Ədirnədə 42, İzmir və Adanada 41, Ankara, Bursa və Malatyada 40, Samsun, Trabzon və Ərzurumda 32 dərəcə olacaq.
İsti hava kütləsi növbəti həftənin əvvəlində təsirini itirəcək. Havanın temperaturu qərbdə bazar ertəsi, şərqdə isə çərşənbə axşamı və çərşənbə günü normala düşəcək
Mütəxəssislərə görə, isti hava yanğın riskini də artıra bilər. Buna görə də Antalya, Muğla, İzmir, Balıkesir və Çanaqqala daxil olmaqla digər meşəlik sahələrə diqqət artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB