"S-400 raket sistemlərinin nələrə qadir olduğunu həm rus, həm də türk nümayəndələr yaxşı bilir." Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Hindistan Baş naziri Narenda Modi ilə görüşündən sonra keçirilən mətbuat konfransı zamanı deyib.
“Bu sistemləri hələ ki, ölkə xaricində istehsal etməmişik. Bu gün Hindistan baş naziri ilə S-400-ü necə və hansı şərtlər daxilində istehsal edəcəyimizi müzakirə etdik. Çox böyük hazırlıq lazımdır. Lakin mümkünsüz heç nə yoxdur. Modern silahların xaricə satılması mövzusuna yenidən qayıdacağıq”, - dövlət başçısı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB