ABŞ Səudiyyə Ərəbistanına 100 milyon dollarlıq silah satacaq

ABŞ Səudiyyə Ərəbistanına 100 milyon dollarlıq silah satacaq

Yaxın zamanda ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyon dollarlıq silah satışı ilə bağlı müqavilə imzalanacaq. Bu barədə "Röyter"ə adı açıqlanmayan Ağ Ev nümayəndəsi məlumat verib. O bildirib ki, prezident Donald Trampın mayın 19-da Ər-Riyada səfəri zamanı bununla bağlı imzalanma mərasimi keçiriləcək: "Mərhələli müqavilənin sonuna gəldik. Bu həm regional təhlükəsizlik, həm də ABŞ iqtisadiyyatı üçün önəmli müqavilədir".

Qeyd edək ki, bu müqavilə ilə bərabər ABŞ-ın son 10 ildə Səudiyyəyə satdığı silahın dəyərinin 300 milyard dolları keçməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə