Baş nazir GUAM ölkələrinin iclasında iştirak edəcək

Baş nazir GUAM ölkələrinin iclasında iştirak edəcək

Gürcüstanın baş naziri GUAM ölkələrinin Kiyevdə keçiriləcək iclasında iştirak edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu gün Kiyevdə GUAM ölkələrin iclasında iştirak edəcək.

İclasda ölkələr arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlərin imzalanacağı gözlənilir. Siyasi müzakirələrdən sonra dörd ölkənin baş nazirlərinin iştirakı ilə biznes forum keçiriləcək.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə