Yəmən sahillərində 42 qaçqın öldürülüb

Yəmən sahillərində 42 qaçqın öldürülüb

Yəmən sahillərində naməlum helikopterdən endirilən hava zərbəsi nəticəsində Somalidən olan 42 qaçqın ölüb. APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, sağ qalan 66 nəfər Yəmənin Xodeyda şəhərinə çatdırılıb. Məlumata əsasən, qaçqınları daşıyan gəmi "Apaç" helikopterindən atəşə tutub. Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə