Atambayev: "Qırğızıstandakı inqilablara nöqtə qoyuldu"

Atambayev: "Qırğızıstandakı inqilablara nöqtə qoyuldu"

"Üçüncü inqilab olarsa, bunu mən etməyəcəm." Axar.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfrası zamanı deyib.

"İki inqilab yaşamış ölkənin lideri olaraq xatırladıram ki, əgər bu gün kimlərsə inqilab etmək istəyirsə, onların qarşısında Atambayev var. Qırğızıstandakı inqilablara nöqtə qoyuldu. Bu səbəbdən bizim üçün belə bir şey ola bilməz. Eynən cənab Putinin zarafatla dediyi və bəzi mahnılarda səsləndiyi kimi, inqilabın başlanğıcı var, lakin sonu yoxdur", - Atambayev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə