Silahlı insident ölümlə nəticələndi

Silahlı insident ölümlə nəticələndi

Hindistanın Matxura şəhərində bir qrup insanla hüquq-mühafizə orqanı əməkdaşları arasında güclü insident yaşanıb. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, şəhərdə fəaliyyət göstərən dini icmanın 3 minə yaxın üzvü artıq üç ildir ki, parkın ərazisini ələ keçirib. Polis əməkdaşları məhkəmənin parkı boşaltmaq haqqında qərarı ilə işğalçıları parkdan çıxarmağa çalışıb. Lakin yayılan məlumata görə, qeyri-zorakı müqavimət konsepsiyasına xidmət edən "Satyaqhari" dini təriqətinin fəalları güclü hazırlığa malik olub.

Onlar əvvəlcə polisləri daşlamaqla kifayətlənib, daha sonra odlu silahdan istifadə etməyə başlayıblar. Vəziyyətdən asılı olaraq, hüquq-mühafizə orqanı əməkdaşları da silaha əl atıb. Nəticədə, 14 insan həlak olub, 40 nəfər isə yaralanıb. Ölənlərin ikisi, xəsarət alanların isə yarısı polislərdən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə