Terrorçunun kimliyi məlum olub

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub. SİA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını törədənlərin Belçika vətəndaşları olan Bakraui qardaşları olduğu deyilir.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Bütün xəbərlər Facebook səhifəmizdə