Ficidə ölənlərin sayı artır SİKLON

Ficidə ölənlərin sayı artır SİKLON

Fici adalarında baş verən "Uilson" siklonu nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə CNN Avstraliyanın "CARE Australia" təşkilatına istinadən xəbər verir. Təbii fəlakət baş verəndən bir qədər sonra 10 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, insan ölümü və dağıntıla səbəb güclü küləyin əsməsi olub. Siklon ötən həftənin şənbə günü ada üzərndən keçib və sürəti saatda 296 kilometri təşkil edib. Artıq ölkədə fövqəladə vəziyyət elan olunub. Xilasedicilər dağıntıları və aşmış ağacları yğışdırmağa başlayıblar.

Bugündən etibarən, beynəlxalq "Nadi" aeroportu da fəaliyyətini bərpa edb. Lakin ehtiyat tədbirlərinə görə, məktəblərdə tədrisin verilməsi bir həftəlik dayandırılıb. Ekspert hidrometeoroloqların dediklərinə görə, "Uilson" siklonu Fici adaları tarixində baş verən ən güclü qasırğadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə