Türkiyənin hava məkanı növbəti dəfə pozulub

Türkiyənin hava məkanı növbəti dəfə pozulub

Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus "SU-34" döyüş təyyarəsi Türkiyənin hava məkanını pozub. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan rəsmi məlumata görə, Rusiya Federasiyasının Ankaradakı səfiri XİN-ə çağırılıb. Bildirilir ki, Rusiya təyyarəsi tərəfindən Türkiyənin dövlət sərhədinin pozulması NATO-nun hava məkanının pozulması kimi qiymətləndirilib. Səfirin diqqətinə çatdırılıb ki, Türkiyə sərhədinin pozulmasının davam etməsinin yarada biləcəyi bütün arzuolunmaz hallara görə Rusiya tərəfi məsuliyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə