Ərdoğan Sultan Əhməd meydanında

Terror hadisəsi zamanı həlak olmuş insanların xatirəsi yad edilib
Ərdoğan Sultan Əhməd meydanında

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup hökumət nümayəndəsinin müşayiəti ilə yanvarın 12-də İstanbuldakı Sultan Əhməd meydanında törədilmiş terror aktı nəticəsində həlak olmuş insanların xatirəsini yad edib. O, qanlı hadisənin baş verdiyi yerə güllər düzüb.

Xatırladaq ki, terror aktı nəticəsində əksəriyyəti almaniyalı turistlər olmaqla 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə