ABŞ-ın Filadelfiya şəhərində polisi yaralayan şəxs bu hücuma İŞİD terror təşkilatı adından həyata keçirdiyini bildirib. SİA-nın "Röyters" agentliyinə istinadən verdiyi məlumata görə, Filadelfiya Təhlükəsizlik Qüvvələri müdiri Riçard Ross bildirib ki, hadisə dünən gecə saatlarında 30 yaşlı bir şəxs tərəfindən törədilib.
Cinayətkar polis avtomobilinə 11 dəfə atəş açıb. Baş vermiş hadisədə ağır şəkildə yaralanan polis məmuru Jessi Harnet Pensilvaniyada yerləşən əyalət xəstəxanasına çatdırılıb.
Hadisədən dərhal sonra həbs edilən cinayətkar bu hücumu İŞİD adından həyata keçirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB