Deputatlığa namizəd öldürüldü

Deputatlığa namizəd öldürüldü

Venesuelada parlament seçkiləri öncəsi gərginlik yaşanır. Belə ki, müxalifətdə olan "Demokratik addımlar" partiyasının liderlərindən biri olan Luis Manuel Dias təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə keçirdiyi görüşdə öldürülüb. SİA xəbər verir ki, bu barədə Venesuela KİV-ləri məlumat yayıb.

"Luis Manuel Dias "Demokratik addımlar" partiyasının Altaqrasiya-de-Orituko (Quariko ştatı) şəhərinin sədri indicə güllələnib"-deyə partiyanın lideri Enri Ramos öz "twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, həlak olan siyasətçi digər partiyadaşı, hazırda həbsdə olan Leopold Lopesin həyat yoldaşı Lilian Tintori ilə birgə tribunada olub. KİV-lər də yazırlar ki, Diasa atəş görüş keçirilən yerdən keçən avtomobildən açılıb.

Xatırladaq ki, Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə