Türkiyənin vurduğu rus təyyarəsinin sağ qalan pilotu Konstantin Murahtin ölkəsinin televiziyasına hadisə barədə danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, təyyarənin Türkiyə hava sahəsinə girmədiyini və vurulmadan əvvəl hər hansı bir şəkildə xəbərdarlıq edilmədiklərini iddia edib. Bununla o, Türkiyə tərəfinin həmin təyyarəni dəfələrlə xəbərdar etməsi ilə bağlı fikirlərini təkzib edib.
Rus pilot: "Hava sahəsini bir saniyəliyinə belə pozmuş olmamız mümkün deyil. Açıq bir havada, 6 min metr hündürlükdə uçurduq və bütün uçuş boyu təyyarənin idarəsi məndə idi" ifadələrini səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB