İran İslam Şurası Məclisinin sədri Əli Laricani Türkiyənin Rus təyyarəsini vuraraq "böyük bir səhv" etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən paytaxt Tehranda Lüksemburq xarici işlər naziri Jean Asselborn ilə görüşən Laricani deyib: "Rusiyaya qarşı Türkiyənin etdiyi hərəkət böyük bir səhv idi. ABŞ prezidenti Barak Obamanın hərəkəti dəstəkləməsi isə daha da böyük bir səhv olmuşdur" .
Laricani onu da qeyd edib ki, bu hərəkət bölgədəki münaqişələrin daha üst səviyyəyə yüksələrək genişlənməsinə səbəb olub terrorizmlə mübarizəni unutduracaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB