Təyyarə qəzasında 9 nəfər həlak olub
ABŞ rəsmi olaraq təsdiqlədi

ABŞ-ın hakimiyyət orqanları Ohayo ştatında yerləşən Ekron şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfərin həlak olduğunu təsdiqləyib.

TASS informasiya agentliyi xəbər verir ki, ştatın post-patrul xidmətinin leytenantı Bill Xeymerker təyyarədə iki pilotun və Pebb Enterprises rieltor kompaniyasının yeddi əməkdaşının olduğunu bildirib.

Xatırladaq ki, Deyton şəhərindən Ekron-Fulton şəhərinə uçan biznes-cet hava limanına 3 kilometr qalmış qəzaya uğrayıb. Qəzanın təhqiqatı ABŞ-ın Nəqliyyatin İdarəetməsi və Təhlükəsizliyi üzrə Federal İdarəsi tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə