Sloveniya ölkəyə axın edən miqrantların qarşısını almaq üçün Xorvatiyanın sərhədini dəmir məftillərlə çəpərləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sloveniya polisi Qərbi Avropaya keçmək istəyən miqrantların qarşısını almaq üçün qaçqınların sıxlıq təşkil etdiyi Xorvatiyanın sərhədində yerləşən Veliki Oblez kəndinin ətrafını dəmir məftillərlə çəpərləyib.
Çəpərləmə işlərinə səhər saatlarından start verilib. 2 metr hündürlüyündə olacaq çəpərin uzunluğu sərhəd boyunca 150 kilometri təşkil edəcək.
Dünən baş tutmuş mətbuat konfransında danışan Sloveniyanın Baş naziri Miro Serar əvvəlcədən çəpərləmə haqda qabaqcadan məlumat verib. O bildirib ki, bu addım həm qaçqın böhrana nəzarəti gücləndirəcək, həm də müəyyən dərəcədə əla alacaq.
Qeyd edək ki, 16 oktyabrdan bu günə qədər Sloveniyaya 179 min 299 miqrant köç edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB