"İraq Şam İslam Dövləti" terror qruplaşması dünyanı dəhşətə gətirən yeni qətliam görüntüləri yayımlayıb. Qruplaşmaya məxsus internet səhifəsinə yüklənən videoda azı 200 uşağın güllələndiyi öz əksini tapır.
Suriyada girov götürülən azyaşlılar qolları bağlı vəziyyətdə yerə uzadılıb. Arxada dayanan İŞİD terrorçuları onları güllələyir. 20 saniyə davam edən qətliamdan sonra ərazi qan gölünə dönür. Bununla da kifayətlənməyən terrorçular aldıqları güllə yarasından ölməyən azyaşlılara yaxından atəş açırlar.
Bəzi məlumatlara görə, İŞİD bu qırğına ötən il imza atsa da, görüntüləri indi yayımlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB