Çində ölənləri sayı 85 oldu

Çinin şimalında yerləşən liman şəhəri Tiencindəki partlayışda ölənlərin sayı 85-ə yüksəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayışın qeydə alındığı bölgənin üç fərqli nöqtəsində bu gün yenidən yanğın baş verib. Çin mətbuatında partlayışda yaralanan 721 nəfərin müalicəsinin davam etdirildiyi, yaralılardan 40-a yaxınının vəziyyətinin ağır olduğu qeyd edilib. Digər tərəfdən, depodaki kimyəvi maddələrin tərkibinə və partlayışa nəyin səbəb olduğuna dair dəqiq məlumat verilməyib. Kimyəvi maddə təhlükəsinə qarşı xüsusi paltarlı əsgərlər bu gün partlayışın mərkəzində axtarış-xilasetmə işlərinə başlayıb. Partlayışda evlərinə ziyan dəyən vətəndaşlar bölgədəki məktəblərə yerləşdirilib. Hadisədən 7 minə yaxın adamın mənfi təsirə məruz qaldığı ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə