Bu ölkəyə yüzlərlə tank və zirehli transportyor göndəriləcək
Avropa İraqı silahlandırır

1995-ci ildə yaradılan və "Excalibur Group" holdinqinin tərkibinə daxil olan "Excalibur Army" şirkəti İraqa yüz təmir olunmuş tank və zirehli transportyor göndərəcək. Müqavilənin ümumi məbləği 100 milyon avro civarında olacaq.

Müqavilə Çexiyanın Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən bəyənilib. Hərbi texnika özünü "İraq və Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmaya qarşı mübarizədə Bağdada kömək etməlidir.

Söhbət "Excalibur Army"nin tarixində ən böyük sövdələşmələrdən birindən gedir. Bu yaxınlarda şirkət "Boko Haram" hərəkatının radikal islamçıları ilə döyüşən Nigeriya ordusuna da tanklar, zirehli transportyorlar və raket qurğuları göndərib. Çexiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi İrji Şediva kommersiya aspektinin olmasına baxmayaraq, silah təchizatını Avropanın beynəlxalq terrorizmə qarşı mübarizəyə müstəsna yardımı kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə