Polis ünvanı səhv saldı, güllələndi

Polis ünvanı səhv saldı, güllələndi

ABŞ-ın Oklahoma ştatının Sentinel şəhərin sakini evinə gələn qaradərili polis əməkdaşını güllələyib. Luis Ross adlı polis əməkdaşı yerli vaxtla 06:00-da Dallas Xortonun evinə gələrək, onu yalan bomba xəbərləri verməklə bağlı həbs etmək istəyib. Evə daxil olaraq, özünü təqdim edən polis gözləmədiyi halla qarşılaşıb. Xorton polis əməkdaşına əlindəki silahdan 4 dəfə atəş açıb. Güllələrdən biri Rossun əlinə, digər üçü isə sinəsinə tuş gəlib. Xoşbəxtlikdən Rossun əynində zirehli gödəkçə olduğundan sağ qalıb.

Hadisədən sonra Xorton və onun həyat yoldaşı saxlanılaraq, dindirilmək üçün bölməyə aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Ross ünvanı səhv salıb. Xorton verdiyi açıqlamada evinə girənin polis olduğunu bilmədiyini deyib.

Dindirilmədən sonra Xorton və həyat yoldaşı azadlığa buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə