Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov ölkə iqtisadiyyatının sanksiyalar səbəbindən hər il təxminən 40 milyard dollar itirdiyini deyib. BBC telekanalı xəbər verir ki, maliyyə naziri, həmçinin neftin 30 faiz ucuzlaşması nəticəsində büdcənin ildə 90-100 milyard dollar ziyana düşdüyünü də qeyd edib.
Bir qədər əvvəl Prezident Vladimir Putin Rusiyanın enerji daşıyıcılarının qiymətinin "fəlakətli" enişinə hazır olduğunu bildirmişdi.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Moskvaya qarşı sanksiyaların gücləndiriləcəyi təqdirdə hökumətin mümkün ssenarilər üzərində işlədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB