BMT-nin baş katibinin şəxsi nümayəndəsi Stefan Düjarrik Aralıq dənizi sahillərində uzun müddətdir davam edən miqrant böhranı ilə bağlı İtaliyaya dəstək verilməsinin zəruri olduğunu bəyan edib: "Bu problemin həlli ilə İtaliya təkbaşına mübarizə aparmamalıdır, beynəlxalq birlik bu istiqamətdə bütün səylərini səfərbər etməlidir".
Düjarrik BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatlarına istinadla vurğulayıb ki, ilin əvvəlindən etibarən Avropaya getmək üçün yola çıxan 1889 miqrant həyatını itirib. Hesabatda bu məsələnin bütün Avropanın birgə cəhdləri ilə həll edilməli olduğu bildirilir.
Xatırladaq ki, İtaliyanın cənub adaları xüsusilə Afrikadan və Yaxın Şərqdən gələn miqrantların Avropaya keçməsi üçün əsas yoldur. Ötən ilin oktyabrında İtaliyanın Lampeduza adası sahillərində Eritreyadan olan 366 miqrantın batmasından sonra xüsusi miqrant axtarış-xilasetmə əməliyyatları xidməti yaradılıb. İtaliya bu əməliyyatları birgə həyata keçirmək üçün dəfələrlə Avropa İttifaqına müraciət edib. Hökumət cari ilin oktyabrında Aralıq dənizində miqrant axtarış-xilasetmə əməliyyatları ilə bağlı tədbirlər planını müvafiq təşkilata təqdim etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB