Cənubi Koreyada batan gəmidə ölənlərin sayı artmaqdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərin sayı artıq 104-ə çatıb. Hələlik 198 nəfər itkin hesab edilir. Ölkə rəsmilərinin sözlərinə görə, axtarışlar ən azı 2 ay davam edəcək. Onlar axtarışın uzun müddətli davam etməsini güclü sualtı axınların və görmə məsafəsinin az olması ilə əlaqələndiriblər.
Xatırladaq ki, ötən çərşənbə günü baş verən qəza zamanı gəmidə ekipaj üzvləri ilə yanaşı, 476 nəfər olub. Onlardan cəmi 174-ü xilas ola bilib.
Gəminin kapitanı qəzada təqsirli bilinərək həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB