Çexiya “Amnesty İnternational” təşkilatının tənqid hədəfinə çevrilib

Çexiya “Amnesty İnternational” təşkilatının tənqid hədəfinə çevrilib

Brüsselin və Avropa İttifaqı üzvü olan dövlətlərin qətiyyətsiz siyasəti nəticəsində Avropadakı qaraçılar yenə ayrı-seçkilik halları və hücumlarla üzləşirlər. İnsan hüquqlarının müdafiəsi üzrə "Amnesty İnternational" təşkilatı hər il aprelin 8-də qeyd edilən beynəlxalq romlar günü münasibətilə belə bir bəyanatla çıxış edib.

"Amnesty İnternational" ilk növbədə Çexiya, Yunanıstan və Fransanı tənqid edərək bildirir ki, bu ölkələrin polisi romlara qarşı hücumlara çox etinasız yanaşır. Çexiyada insan hüquqlarının müdafiəsi üzrə nazir İrji Dintsbir onun tutduğu vəzifənin təsis olunmasını "bu məsələnin həllinə məsuliyyətlə yanaşmaq şansı" hesab edir. Çexiya Respublikasında və bütövlükdə Avropada qaraçıların əmək bazarında və ya mənzillə təmin olunma məsələlərində etnik əlamətə görə ayrı-seçkiliyə məruz qalmalarını qeyd edən Dintsbir yaxın illərdə bu etnik azlığın inteqrasiyası strategiyasını işləyib hazırlamaqla məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə