Ukraynanın milli qvardiyası and içib

Ukraynanın milli qvardiyası and içib

Ötən gün Ukrayna milli qvardiyasının birinci botalyonu ölkəyə sadiq qalacaqları ilə bağlı andiçmə mərasimi keçiriblər. SİA liga.net saytına istinadən xəbər verir ki, 18-55 yaş arasında olan 500 nəfər qvardiyaçı üç həftə xüsusi hərbi təlim keçiblər və Ukraynanın ərazi bütövlüyünü qorumağa hazırdırlar.

Daxili qoşunların komandanı Stepan Poltorak bununla bağlı deyib ki, bütün qvardiyaçılar Ukraynaya lazım olduqları qənaətindədirlər: "Onlar xüsusi hərbi hazırlıq görüblər və taktiki məşğələlər keçiblər. Hələ üç həftə öncə, gələcək qvardiyaçılar bilmirdilər ki, qarşıya qoyulacaq məqsədlərə onlar birlikdə nail olacaqlar".

Qeyd edək ki, Ukrayna milli qvardiyası könüllülük prinsipi əsasında təsis olunub və oraya xüsusi sağlamlığı, idman bacarığı, iradəsi olan şəxslər qəbul edilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə