Ukraynada prezidentliyə namizədlərin adları bəlli oldu

Ukraynada prezidentliyə namizədlərin adları bəlli oldu

Ukraynada 25 may tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün ərizə verən namizədlərin adları açıqlanıb. Bunlar Ukrayna Xalq Müdafiəsi Şurasının sədr müavini Renat Kuzmin, Regionlar partiyasından olan baş nazirin müavini Yuri Boyko, Xarkovun eks-qubernatoru, Regionlar partiyasının üzvü Mixail Dobkin, Regionlar partiyasından olan xalq deputatı Sergey Tiqipko, Regionlar partiyasından olan xalq deputatı Oleq Tsrayov, Ümumukrayna yəhudiləri konqresinin prezidenti Vadim Rabinoviç, Batkvişina üzvü, Ukraynanın eks baş naziri Yuliya Timoşenko, Svoboda təmsilçisi, xalq deputatı Oleq Tyaqnibok, xaql deputatı, biznesmen Pyotr Poroşenko, xalq deputatı Anatoli Qrisenko, sosial-siyasət nazirliyinin keçmiş rəhbəri Nataliya Korolevskaya, Ukrayna Kommunist Partiyasının təmsilçisi, xalq deputatı Pyotr Simonenko, Sağ sektorun lideri Dmitri Yaroş, xalq deputatı Oleq Lyaşko, Maydan fəalı, həkim Olqa Boqomolets, Ukrayna İnternet partiyasının üzvü Dart Veyder, Ukraynanın keçmiş gəlir və mənfəət naziri Aleksandr Klimenko, Ukrayna xarici kəşfiyyat idarəsinin eks rəhbəri Nikolay Malomuj və İnteraqroeksportun direktoru Vladimir Konovalyukdur.

Ümumilikdə 19 nəfər namizəddən MSK hələlik beş nəfərin namizədliyini təsdiq edib. Ərizələrin verilməsi isə bu gün gecə saat 00:00-da başa çatır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə