Qırğızıstanın baş naziri səlahiyyətlərini icra edən Jantoro Satıbaldiev istefa verib
Qırğızıstan Hökumətinin baş naziri səlahiyyətlərini icra edən Jantoro Satıbaldiev istefa verib.
J.Satıbaldiev deyib ki, mənim başçılıq etdiyim hökumət bir il yarım işləyib. Biz fəaliyyətə başlayanda vəziyyət çətin və mürəkkəb idi və biz belə şəraitdə işləmişik. Büdcə kəsiri böyük idi, bununla belə biz Qırğızıstanın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi üçün nə lazımdırsa etmişik. Onun sözlərinə görə parlamentdə koalisiya çoxluğunun dağılması və bunun da nəticəsində Hökumətin istefa verməsindən faciə etmək lazım deyildir. Bizim üçün əsas amil qanunun aliliyi olub. Nə iş görmüşüksə, xalqımızın maraqları naminə etmişik.
Xatırladırıq ki, bir həftə əvvəl Qırğızıstan Hökuməti istefa verib. Keçmiş baş nazir Jantoro Satıbaldiev baş nazirin səlahiyyətlərini icra edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB